EN

Böyrək xəstəliklərini tamamilə müalicə etmək mümkündürmü?

Bu gün Ümumdünya Böyrək Günüdür. Bütün dünyada böyrək xəstəlikləri ilə üzləşən çox sayda insanlar var. 

“Cebheinfo.az” xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Hikmət İsmayılov Ümumdünya Böyrək Günü ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.

Böyrək xəstəliklərini tamamilə müalicə etmək mümkündürmü?- sualına cavab olaraq nefroloq bildirib ki, böyrək xəstəlikləri kəskin və xroniki olmaqla iki qrupa bölünür:

“Kəskin böyrək zədələnmələri, adətən, törədici səbəb aradan qaldırıldıqda 2–3 həftə ərzində tam bərpa oluna bilər. Xroniki böyrək xəstəlikləri isə tam sağalmasa da, əsas xəstəliyin düzgün müalicəsi və adekvat korreksiyası nəticəsində uzun illər ərzində xəstəliyin sürətli inkişafının qarşısını almaq və ağırlaşmaları azaltmaq mümkündür. 

Sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduqda mütləq nefroloqa müraciət edilməli və mütəmadi tibbi nəzarət olmalıdır”.

Chosen
39
1
cebheinfo.az

2Sources