EN

Demokratlar ayağa qalxdı: İranda qızlar məktəbinin vurulması…

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Demokratlar Partiyasından olan senatorlar ABŞ müdafiə naziri Pit Heqsetə məktub göndərərək, İranda qızlar məktəbinə edilən və onlarla uşağın ölümünə səbəb olan hava hücumları ilə bağlı sürətli araşdırma tələb edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“46 senator tərəfindən imzalanan məktubda deyilir ki, qurbanların əksəriyyəti 7-12 yaş arası qızdır. Nə ABŞ, nə də İsrail məsuliyyəti öz üzərinə götürüb.

Qanunvericilər ABŞ qüvvələrinin hücumu həyata keçirib-keçirmədiyini, ordunun mülki şəxslər arasında itkilərin qarşısını almaq üçün hansı addımları atdığını və əməliyyatda süni intellekt vasitələrindən istifadə edilib-edilmədiyini soruşublar”, - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 28-də Minabda qızlar məktəbinə edilən hücumlar nəticəsində 160-dan çox şagird həlak olmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
72
axar.az

1Sources