EN

TÜRKPA ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 12 mart, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (TMİF) Aktotı Raimkulova və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a TÜRKPA-dan məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Ramil Həsən qonaq nümayəndə heyətinə TÜRKPA-nın həyata keçirdiyi cari fəaliyyətlərə dair məlumat verib. O, türk əməkdaşlığının qanunvericilik sütunu kimi TÜRKPA-nın roluna toxunaraq, iki təşkilat arasında birgə fəaliyyət təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Tərəflər türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün səmərəli qanunvericilik çərçivəsinin formalaşdırılmasının strateji əhəmiyyətini bir daha vurğulayıblar.

Görüş birgə təşəbbüslərin həyata keçirilməsi ilə türk dövlətləri arasında mədəni və siyasi əlaqələrin gücləndirilməsinə, eləcə də türk mədəni və siyasi irsinin regional və beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş əməkdaşlığa dair niyyət protokolunun imzalanma mərasimi ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
2
azertag.az

3Sources