Fanat saytına istinadən ain.az xəbər verir.
"Qalatasaray"ın mövsümün əvvəlində 75 milyon avroya transfer etdiyi və komandasını həm Çempionlar Liqasında, həm də Super Liqada uğura daşıyan ulduz hücumçusu Avropa nəhənglərinin diqqətini çəkib.
Fanat.Az xəbər verir ki, nigeriyalı forvardın performansına heyran olan "Real Madrid" və PSJ onu ələ keçirmək uğrunda mübarizə aparırlar.
"Türkiye Gazetesi"-nin məlumatına görə, hər iki klubun nümayəndələri Osimheni izləmək üçün "Qalatasaray" - "Liverpul" matçını tribunadan izləyiblər. Onlar mövsümün sonunda "Qalatasaray"ın "qapısını döyəcəklər".
Digər tərəfdən, İstanbul nəhəngi hazırda Osimhenin satışını düşünməsə də, minimum transfer haqqını 150 milyon avro olaraq təyin edib. "Sarı-qırmızılar" bu məbləğdən aşağı təklifləri qətiyyən nəzərdən keçirməyəcək.
Bu mövsüm Super Liqa və Çempionlar Liqasında ümumilikdə 27 oyunda iştirak edən Viktor Osimhen 18 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.
27 yaşlı Osimhenin "Qalatasaray"la 2029-cu ilin yayına qədər müqaviləsi var.
Mirağa
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.