EN

“Sona doğru gərginlik artır” – Elgiz Kərəmli 

“Çətin oyun oldu. İlk hissədə rəqib çox sıx müdafiə olunduğu üçün hücumlarımız istədiyimiz qədər kəsərli alınmırdı. İkinci hissədə isə daha çox hərəkət etməyə başladıq və hücumda daha inamlı görünürdük”.

Bu sözləri İdmanxeber.az saytına “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli “Şimal” oyunu (2:0) sonrası deyib. O, daha sonra belə davam edib:

“Əvvəlcədən də bildirmişdim ki, rəqibin son iki oyundakı nəticələri təsadüfi deyil. Onlar xeyli irəliləyişə nail olublar. Çempionatın sonuna yaxınlaşdıqca gərginlik də artır. Hər oyunda qələbə qazanmaq olduqca vacibdir. Məğlubiyyətsiz davam etsək, çempionluq şanslarımız daha da artacaq. Futbolçularıma təşəkkür edirəm, lazım olan 3 xalı komandanın aktivinə yazdırdılar.

Təbii ki, sona doğru gərginlik artır. Həm üst pillələrdə, həm də aşağı sıralarda qərarlaşan klublar daha məsuliyyətli oynamağa çalışırlar. Bu da hər oyuna əlavə çətinlik yaradır”.

Chosen
59
idmanxeber.az

1Sources