EN

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ilk oyununa çıxır

Bakı, 12 mart, AZƏRTAC

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Matçı ukraynalı baş hakim Veronika Vasilçenko idarə edəcək.

Chosen
99
2
azertag.az

7Sources