EN

Müctəba Xamenei müharibə iştirakçısı imiş - General açıqladı

"Tramp Amerikanın ən korrupsioner və balanssız prezidentidir. Çox kobud və cahil bir insandır. O, dağıdıcı bir insandır, Birləşmiş Millətlər Təşkilatını qəbul etmir. İnsan hüquqlarını və beynəlxalq hüququ pozub. Netanyahu isə böyük bir cani və cinayətkardır".

"Unikal" xəbər verir ki, bunu İranın Ali Baş Komandanının köməkçisi və baş müşaviri general-mayor Yəhya Rəhim Səfəvi deyib. 

General regionda sonda İranın qalacağını açıqlayıb: "İsrail və İran Yaxın Şərq bölgəsində birlikdə mövcud ola bilməzlər. Onlardan biri olmalıdır. Əlbəttə ki, qalan İran, yox olan isə sionist rejimi olacaq". 

O, yeni Ali Lider Müctəba Xameneinin müharibədə iştirak etdiyini bildirib: "Onu üç dəfə müharibə zonasında gördüm, çox gənc idi və heç kim onu ​​tanımırdı. o vaxt prezident olan Ağa (Əli Xamenei - red.) mesaj göndərmişdi ki, onu ələ verməmək üçün diqqətli olun. Çünki əsir götürülsə, Səddam bizdən istifadə etmək istəyər. Şəhid olsa da olar. Amma əsir götürülməməlidir. Yaxud Ağanın böyük oğlu Hacı Ağa Mustafanı Dəclə çayının kənarında gördüm. O, müşahidə təpəsində idi. Mən Mustafaya qışqırdım ki, aşağı düş. O, hələ aşağı düşməmişdi, düz güllə oradakı tanka dəydi və bəzi döyüşçülər yaralandı".

Ali Baş Komandanın köməkçisi həmçinin deyib: "İran sülhsevər bir ölkədir və biz bu 15 qonşu ölkə ilə səmimi münasibətlər qurmaq istəyirik və onlara zərər vermək niyyətində deyilik. Biz təkcə Fars körfəzi bölgəsində deyil, həm də bütün Qərbi Asiya bölgəsində təhlükəsizlik və davamlı tərəqqi istəyirik".

Ağarza Elçinoğlu

Chosen
52
unikal.az

1Sources