G7 liderləri Yaxın Şərqdəki münaqişəyə həsr olunan üzrə videokonfrans zamanı naviqasiya azadlığını təmin etmək üçün Fars körfəzində gəmilərin müşayiət olunması imkanlarını araşdırmaq barədə razılığa gəliblər.
Musavat.com görüşdən sonra yayılan açıqlamaya istinadən xəbər verir ki, qərarla “təhlükəsizlik şəraiti imkan verdikdə” gəmilərin müşayiət olunması imkanlarını araşdırmaq üçün işçi qrup yaradılıb.
Qeyd olunur ki, məsələ gəmiçilik şirkətləri, daşıyıcılar və sığortaçılarla müzakirə olunacaq.
G7 ölkələri həmçinin "müharibənin iqtisadi nəticələrini, o cümlədən fermerlərə və ərzaq təhlükəsizliyinə təsirini" nəzərə alaraq öz aralarında və Fars körfəzi ölkələri ilə səyləri əlaqələndirmək niyyətindədirlər: "Bu vəziyyət həmçinin geosiyasi dəyişikliklərə qarşı həssaslığımızı azaltmaq üçün enerji müstəqilliyi və elektrikləşdirmə proqramının həyata keçirilməsinin vacibliyini vurğulayır".
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron G7 liderlərinin videokonfransından sonra çıxış edərək iranlıların Hörmüz boğazına mina qoyduğuna dair hələlik təsdiqə malik olmadığını bildirmişdi.
G7 liderlərinin Yaxın Şərqdəki hadisələrlə bağlı onlayn görüşü Makronun təşəbbüsü ilə keçirilib. Fransa hazırda G7-nin rotasiyalı sədrliyini həyata keçirir. Əsas müzakirə mövzuları Yaxın Şərqdəki böhranın, xüsusən də İran ətrafındakı vəziyyətin enerji bazarına təsiri, enerji qiymətlərinin artması və G7 ölkələrinin cavablarının əlaqələndirilməsi idi.
Musavat.com