İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralıdır və hazırda müalicə olunur.
“Yeni Sabah” xəbər verir ki, bu haqda İran xarici işlər naziri Abbas Əraqçinin sözçüsü İsmail Bəqayi deyib.
O İtaliya mətbuatına verdiyi müsahibədə Müctəba Xamenei haqda suala belə cavab verib:
“O, zədələnib, amma yaxşıdır. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Liderlik üçün üç-dörd ad var idi, amma Konstitusiyaya uyğun olaraq Ekspertlər Məclisinin əksəriyyəti onu seçdi. Bu, sistemimizin tək bir nəfər tərəfindən idarə olunmadığını göstərir”.
Telegram kanalımız