1-ci Liqanın 18-ci turunda autsayder "Şimal"ın qonağı olan lider "Şəfa" 2:0 hesablı qələbə qazanaraq sürprizə imkan vermədi. Şamaxıda baş tutan matçın ardından Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Çətin oyun oldu. İlk hissədə rəqib çox sıx müdafiə olunurdu deyə hucumlarımız kəsərli alınmırdı. İkinci hissədə daha çox hərəkət etməyə başladıq və hücumda daha inamlı göründük. Əvvəldən də bildirmişdim ki, rəqibin son iki oyunundakı nəticələr təsadüfi ola bilməz, xeyli irəliləyişə nail olublar. Çempionatın sonu yaxınlaşdıqca gərginlik artır. Hər oyunda qələbə qazanmaq olduqca vacibdir. Futbolçularımıza təşəkkur edirəm. Lazım olan 3 xalı qazandılar".
Xatırladaq ki, hazırda "Şəfa" 42 xalla turnir cədvəlinin zirvəsində mövqe tutubsa, 8 xala malik "Şimal" sonuncudur.
Toğrul