Bakı. Trend:
Azərbaycanda Influenserlərin və bloqerlərin istifadə etmədiyiməhsulları reklam etməsi qadağan edilib.
Trend xəbərverir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsininmüdiri Yusif Tapdıqlı bu gün Bakıda “Müasir rəqəmsal dünyadaistehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər vətəhlükəsizlik məsələləri” mövzusunda keçirilən forumdabildirib.
Onun sözlərinə görə, ötən il “Reklam haqqında” Qanununa ediləndəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyətgöstərən influencer və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiqolunub:
"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadəetmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklametməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçininqanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcılotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib. Butənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq vəreklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır".