EN

Orta Dəhliz beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm elementidir - Binəli Yıldırım

Bakı. Trend:

Orta Dəhliz beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühümelementidir.

Trend xəbər verirki, bu barədə bu gün Türk Dövlətləri Təşkilatının AğsaqqallarŞurasının sədri Binəli Yıldırım “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIIIQlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Son qlobal hadisələr alternativ marşrutların əhəmiyyətini birdaha vurğuladı. Rusiya‑Ukrayna müharibəsi Avrasiya boyunca uzananənənəvi nəqliyyat marşrutlarına ciddi təsir göstərib. Eyni zamandaYaxın Şərqdə, o cümlədən İran, ABŞ və İsrail arasında qarşıdurmanında daxil olduğu gərginlik qlobal enerji bazarında və beynəlxalqticarətdə qeyri-müəyyənlik yaratmaqda davam edir.

Bu hadisələr bizə geosiyasi gərginliyin artdığı şəraitdə qlobaltəchizat zəncirlərinin nə dərəcədə həssas olduğunu xatırladır. Beləbir kontekstdə şaxələndirilmiş və etibarlı nəqliyyat dəhlizləriregional və qlobal iqtisadi sabitlik üçün xüsusi əhəmiyyət kəsbedir. Beləliklə, Orta Dəhliz yalnız iqtisadi imkan deyil, həm dəbeynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm elementidir”,– o bildirib.

B. Yıldırım qeyd edib ki, Orta Dəhliz Asiya ilə Avropa arasındadaha sürətli və şaxələndirilmiş marşrutlar təklif edir, eynizamanda dəhliz boyunca yerləşən ölkələr arasında iqtisadiəməkdaşlığı gücləndirir.

Chosen
46
az.trend.az

1Sources