EN

Paşinyan 100 milyonlarla baxış topladı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook” və “Instagram” səhifələri son bir ay ərzində birlikdə 120 milyon baxış əldə edib.

“Cebheinfo.az” xəbər verir ki, Baş nazir baxışların sayı barədə özünün “Facebook” səhifəsində etdiyi paylaşım vasitəsilə məlumat verib.

“Bilmirəm, insanlara xoş gəlir, yoxsa əksinə, amma fakt budur ki, son bir ay ərzində “Facebook” və “Instagram” səhifələrim birlikdə 120 milyon baxış toplayıb. 120 milyon?”, - deyə Nikol Paşinyan yazıb.

Qeyd edək ki, son bir ayda Nikol Paşinyan seçki təşviqatı məqsədilə avtobusla bölgələrə səfəri zamanı bir sıra maraqlı videolar paylaıb.

O, pirojki, qarğıdalı, qozlu sucuk yeyib. Baş nazir yerli sakinlərlə ünsiyyətdə olub, bazardan gələn qadının zənbillərini daşıyıb, meyvə satan qadının ona hədiyyə verdiyi almanı yeyib.

Maraqlı videogörüntülərdən biri isə dul qadının arvadından boşanmış Nikol Paşinyana evlənmək təklif etməsi olub. Lakin Paşinyan bundan sonra evlənmək fikrində olmadığını deyib. 

Müşfiq Abdulla  

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
cebheinfo.az

2Sources