EN

SEPAH generalı Tramp və Netanyahunu hədələdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) keçmiş komandanı, hazırda Məsləhət Şurasının üzvü olan Mohsen Rezayi ABŞ-ın sabiq prezidenti Donald Tramp və İsrailin baş naziri Benjamin Netanyahu ünvanına sərt xəbərdarlıq edib.

Rezayi bildirib ki, İranın yaşayış məntəqələrinə hücumlar davam edərsə, Tehran buna eyni şəkildə cavab verəcək.
General çıxışında qeyd edib ki, İran‑İraq müharibəsi zamanı Xorrəmşəhr azad edildikdən və İran qüvvələri sərhədə çatdıqdan sonra İraq tərəfi İran şəhərlərini raket atəşinə tutmağa başlamışdı. Onun sözlərinə görə, həmin dövrdə Ruhullah Xomeyni əvvəlcə qarşılıq verilməsinə razılıq verməsə də, bir müddət sonra buna icazə verib.

Rezayi bildirib ki, o dövrdə Dezful, Məscid-Süleyman, Xuzistan vilayətinin digər şəhərləri, eləcə də Nəhavənd və Tehran raket hücumlarına məruz qalmışdı.

SEPAH generalı vurğulayıb ki, İran bu sahədə kifayət qədər təcrübəyə malikdir və lazım gəldiyi halda qarşı tərəfə cavab verməyə qadirdir.

“İranın yaşayış məntəqələrinə hücum etməyi dayandırın. Əks halda, buna eyni şəkildə cavab veriləcək və bu sizin üçün çox pis nəticələnəcək. O zaman gözləmədiyiniz hadisələr baş verə bilər”, – deyə Rezayi bildirib.
O əlavə edib ki, yaşayış məntəqələrinə zərbələr endirməklə İranı təslim olmağa və atəşkəsə məcbur etmək mümkün deyil. Rezayinin sözlərinə görə, belə hücumlar əksinə, İran cəmiyyətində daha sərt reaksiyalara səbəb olur.

Chosen
37
veteninfo.az

1Sources