EN

Xamneyinin yaralandığı rəsmən təsdiqləndi

Xamneyinin yaralandığı rəsmən təsdiqləndi

“İranın yeni Ali Lideri Müctəba Xamneyi yaralanıb, lakin özünü yaxşı hiss edir”.

Bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai deyib.

“O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, - Baqai qeyd edib.

Xatırladaq ki, 56 yaşlı M.Xamneyi atası seyid Əli Xamneyinin fevralın sonu öldürülməsindən sonra İranın yeni Ali Lideri seçilib. Xarici mediada onun İrana aviazərbələr zamanı yaralanması barədə xəbərlər yayılmışdı.

Chosen
57
4
afn.az

5Sources