EN

Bu foto və videoların internetdə paylaşılması qadağan edilir

Bakı. Trend:

İnternet informasiya ehtiyatı və yainformasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan ediləninformasiyaların əhatə dairəsi genişləndiriləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, internet informasiya ehtiyatının vəonun domen adının sahibi və ya informasiya-telekommunikasiyaşəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında(informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılmasıqadağan edilən informasiyanın yerləşdirilməsinə yolverməməlidir:

  • şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindənistifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusiproqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən,yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsiləhazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və yaaudio materiallar;

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto,video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belətexnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildəgöstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Məqalədə:
Chosen
41
4
az.trend.az

4Sources