EN

Rusiyada təyyarə zavodunda sınaq zamanı 7 nəfər xəsarət alıb

İrkutskdakı təyyarə zavodunda yol ötürücüsünün uçması nəticəsində insanlar xəsarət alıb.

Herbiand.az bildirir ki, bu barədə “Mash” Telegram-da yazıb.

Məlumata görə, hadisə təyyarə mühərrikinin sınaqdan keçirilməsi zamanı baş verib. Yeddi işçi xəsarət alıb. Onlardan dörd nəfər xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım edilib.

Bu arada REN TV dəqiqləşdirib ki, yol ötürücüsünün uçmasına sınaqdan keçirilən cihazın yaratdığı külək səbəb olub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
67
herbiand.az

1Sources