EN

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni -13-2.7-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni – 388-3-cü maddəyə görə, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

“Nişanlanma” dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.

Chosen
71
8
konkret.az

10Sources