ATUİAB tərəfindən 19 fevral tarixində İstanbulda başlanılan iş görüşləri 10 mart tarixi etibarilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində uğurla davam edir və mühüm nəticələr əldə olunmaqdadır.
Newscenter.az-a ATUİAB-dan bildirilib ki. səfər çərçivəsində AQUAMET şirkətinin rəhbəri İbrahim Kartalcı bəy xüsusi qonaq qismində Daşkəndə dəvət olunmuşdur.
Eyni zamanda Özbəkistanda fəaliyyət göstərən AKGUNENERJİ şirkətinin rəhbəri Sinan Aykul bəy ilə görüş keçirilmiş, Özbəkistanda biznes mühitinin inkişafı və yeni əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Aparılan müzakirələr nəticəsində regionda biznes əlaqələrinin genişlənməsi istiqamətində mühüm addımlar atıldığı bildirilib.
Səfər çərçivəsində bu gün DUNE GROUP şirkətinin ofisində Wyndham Resort Charvak layihəsinin müzakirəsi təşkil olunmuşdur.
ATUİAB nümayəndələri həyata keçirilən fəaliyyətlərdə göstərdikləri dəstəyə görə AKGUNENERJİ şirkətinə, həmçinin İstanbulda tərəfdaşlıq edən OKTAN təşkilatına təşəkkürlərini bildiriblər.
Yeni devizə uyğun olaraq beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə aşağıdakı çağırış vurğulanıb.
Süleyman