EN

Rusiyalı qadın ukraynalı hərbçilərə kvadrokopter almaq üçün vəsait toplamaqda günahkar bilinib

Moskva şəhərinin Xoroşevski rayon məhkəməsi yerli sakin Yekaterina Korçaqinanı Ukrayna Silahlı Qüvvələri üçün vəsait topladığına görə üç il həbs cəzasına məhkum edib.

Herbiand.az bildirir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat verib.

Təqsirləndirilən şəxs dövlət təhlükəsizliyinə qarşı fəaliyyətə açıq çağırış etməkdə günahkar bilinib. O, həmçinin üç il müddətinə veb sayt idarəçiliyindən məhrum edilib. Hökm elan edildikdən sonra Korçaqina məhkəmə zalında həbs edilib.

Məhkəmə müəyyən edib ki, o İnstaqram səhifəsində Ukrayna Silahlı Qüvvələrinə kvadrokopter almaq üçün vəsait toplamaqla bağlı elan yerləşdirib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
32
herbiand.az

1Sources