EN

Əhəmiyyətli hadisələrdən əvvəl qarın ağrısının səbəbi tapılıb

Ümumi praktikant həkim Aygül Arslanova vacib hadisələrdən əvvəl qarın ağrısının yaranma səbəbini izah edib.

E-saglam.az xəbər verir ki, o, müsahibəsində bildirib ki, beynimiz qarşıdan gələn bir hadisəni obyektiv təhlükə yaratmasa belə, çətinlik və ya təhdid kimi qəbul edir və yığılmış sinir gərginliyi fiziki simptomlarla özünü göstərə bilər.

Arslanova qeyd edib ki, stress əksər hallarda ya baş ağrısına, ya da qarın ağrısına səbəb olur. Baş ağrısı stress hormonlarının qan damarlarının daralması və genişlənməsi ilə bağlı sıxıcı, əzici ağrı yaradır. Qarın ağrısı isə şiddətli emosional gərginliyin qarın orqanlarındakı qan axını və peristaltikanı dəyişdirməsi nəticəsində ortaya çıxır. Bu zaman insan ürəkbulanma, qıcolma, ishal və ya qəbizlik hiss edə bilər.

Həkim stresslə bağlı ağrıları azaltmaq üçün dərin nəfəs alma, meditasiya, düzgün qidalanma və keyfiyyətli yuxu kimi üsulları tövsiyə edib. Əgər ağrı xroniki hala gələrsə, həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
57
e-saglam.az

1Sources