EN

Zelenskinin ətrafı onun Qərb tərəfdaşlarına hücumlarından narahatdır

Ukrayna Prezidenti Vladimir Zelenskinin ətrafı onun Qərb tərəfdaşlarını uzaqlaşdıran davakar ritorikasından narahatdır.

Herbiand.az bildirir ki, bu barədə Politico nəşri Ukrayna liderinin Qərbə hücumları barədə məlumat verib.

“Hətta Zelenskinin yaxınları xəbərdarlıq edirlər ki, onun ritorikası Ukraynanın pul, silah və diplomatik dəstək baxımından asılı olduğu tərəfdaşları uzaqlaşdıra bilər”, - nəşr qeyd edib.

Nəşrə danışan Zelenskinin adı açıqlanmayan keçmiş müşaviri söyləyib ki, daha sərt ritorika Ukraynanın maraqlarına dağıdıcı təsir göstərən eskalasiya dairəsi yaradır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
57
herbiand.az

1Sources