
"İncirlik bir Türk bazasıdır və burada yerləşən xarici hərbçilər bazanın statusunu dəyişdirmir".
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
O bildirib ki, İrandan atılan və hava məkanımıza daxil olan ballistik sursat, Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
“Bəzi sursat parçalarının Qaziantep və Diyarbəkidə boş əraziyə düşdüyü hadisədə hər hansı can itkisi və ya yaralanma baş verməyib", - deyə Aktürk vurğulayıb.