EN

Leyla Əliyeva yeni şeirini təqdim etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.

Missiya.Az həmin paylaşımı təqdim edir:

İstəyin nə qədər güclü də olsa,Uzatma əlini o çiçəyə sən.Qazandım dediyin hər nəyin varsa,Özün öz əlinlə məhv edəcəksən!

Qoparma, izin ver, qoy o yaşasın,Sehrli gözəllik ruhu oxşasın.Əlçatmaz olanda könül sevdası,Qəlbində əbədi arzutək qalsın.

Açıq, təmənnasız, tərtəmiz yenə,Ruhun pıçıldayır sirrini mənə.Onunla tək qalmaq bir səadətdir,Yalana bürünməz bir həqiqətdir.Elə rahatam ki, qoynunda sənin…Həsrətin qəlbimə çökdüyü zamanYuxusuz gecəyə nəfəs verirəm,Başqa birisini arzulamadan!

Qıyma bu çiçəyə, toxunma ona, Belə kövrəkliyi mən də bilmirdim.Qoy bu sətirlərdən süzülsün zaman,Sevgidir sirr kimi əbədi qalan!

Şeir: Leyla Əliyeva Tərcümə: Sevinc Əliyeva

View this post on Instagram

A post shared by Official page of Leyla Aliyeva (@leyla999)

Chosen
98
29
missiya.az

10Sources