EN

"Yaxşı nəticədir, lakin bu, irəli atılan kiçik bir addımdır" - Tibo Kurtua

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə öz meydanında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edən "Real Madrid"in qapıçısı Tibo Kurtua matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "kral klubu"nun rəsmi saytı belə çatdırıb:

"Bu hələ birinci oyundur, amma komandanın çıxşından matça köklənməsindən, futbolçularımızın bir-biri üçün mübarizə aparmasından çox razıyam. Bu, əladır. Zədəliləri bəhanə etmir, sona qədər mübarizə aparırıq. Yaxşı nəticədir, lakin bu, irəli atılan kiçik bir addımdır. "Etihad"dakı oyunları xatırlayıram. Deməli, hər şey mümkündür və biz motivasiyamızı qorumalıyıq.

Bu, "Real"ın cari mövsüm ən yaxşı oyunu idimi? Yəqin ki, hə. Ən yaxşı matçlardan biri oldu. Digəri isə "Barselona"ya qarşı evdə keçirdiyimiz oyun idi. Mövsümü yüksək notlarla başa vurmaq lazımdır".

Toğrul

Chosen
5
1
fanat.az

2Sources