EN

Fransisko Qamboa: Dünya çoxtərəfli institutlara etimad böhranı yaşayır

Dünya geosiyasi gərginliyin artımını, əhəmiyyətli iqtisadi qeyri-müəyyənliyi və çoxtərəfli institutlara etimad böhranını yaşayır.

"Report" xəbər verir ki, bunu Kosta-Rikanın birinci vitse-prezidenti Fransisko Qamboa Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Kosta-Rika sülhə, preventiv diplomatiyaya və beynəlxalq hüquqa sadiqdir:

"Ölkəmizin aydın və ardıcıl səsi var. Biz sülhsevər millətik və beynəlxalq hüquqa, insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və mübahisələrin dinc yolla həllinə sadiq qalırıq".

Chosen
83
far.az

1Sources