Müasir münaqişələr tamamilə fərqli təhdidlər yaradır və beynəlxalq ictimaiyyət hibrid müharibələrə təsirli cavab hazırlamalıdır.
"Far.Az" xəbər verir ki, bunu Avstriyanın sabiq kansleri Sebastyan Kurs XIII Qlobal Bakı Forumunda bildirib.
Kurs qeyd edib ki, bu gün potensial təhlükə mənbəyi olan ölkələrdə sabitliyi pozmaq üçün müxtəlif dövlətlər tərəfindən maliyyələşdirilən proksi-qruplar getdikcə daha böyük rol oynayır.
"Beləliklə, biz klassik müharibə ilə üzləşmir, hücumları, terroru və daimi təhdidi müşahidə edirik", - o deyib.
Sabiq kanslerin sözlərinə görə, təhdidlərin xarakterinin dəyişməsi həm də dövlətin cavab siyasətinin yenidən nəzərdən keçirilməsini tələb edir.
"Kiberhücumlar, terror, dronların istifadəsi, eləcə də hava limanlarına və digər kritik infrastruktura hücumları ehtiva edən hibrid müharibə ssenariləri bu gün kifayət qədər real görünür. Buna görə də bu təhdidlərə adekvat cavab verməyin yolunu tapmaq lazımdır", - Kurs vurğulayıb.