EN

Azarkeşlərin arzusu reallaşır: "Şokolad qutusu" genişləndirilir

Argentinanın “Boka Xuniors” klubu “La Bombonera”nın tutumunun artırılacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu, arenanın tarixində ən böyük yenidənqurma layihəsi olacaq. İşlərin ümumi dəyərinin 50–60 milyon dollar təşkil edəcəyi bildirilir.

Layihə çərçivəsində stadionun tutumu 57 mindən 80 min tamaşaçıya qədər artırılacaq. Tikinti işlərinə 2026-cı il dünya çempionatı zamanı başlanılması planlaşdırılır və prosesin ən azı iki il davam edəcəyi gözlənilir.

“Stadion köçürülmür və yeni arena tikilmir. Mövcud stadion genişləndirilir və onun kimliyi qorunub saxlanılır”, - deyə “Boka Xuniors”un açıqlamasında qeyd olunub.

Arenanın rəsmi adı "Alberto X. Armando" stadionudur. Lakin o, daha çox “La Bombonera” adı ilə tanınır. Bu ad stadionun şokolad qutusunu xatırladan formasına görə verilib. Arena 1940-cı ildə Buenos-Ayresin La-Boka rayonunda istifadəyə verilib və onun genişləndirilməsi uzun illərdir azarkeşlərin əsas tələblərindən biri idi.

Chosen
64
publika.az

1Sources