ain.az bildirir, Oxu.az portalına istinadən.
Bu axşam UEFA Avropa və Konfrans Liqalarında 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, Konfrans Liqasında Türkiyə təmsilçisi "Samsunspor" "Rayo Valyekano"nu qəbul edəcək.
İzləyicilər "Samsunspor" - "Rayo Valyekano" oyununu 21:45-dən etibarən İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə UEFA Avropa Liqasında "Ştuttqart" "Portu" ilə, "Nottingem Forest" "Midtyulland" ilə, "Selta Viqo" isə "Lion" ilə üz-üzə gələcəklər. "Ştuttqart" - "Portu" və "Nottingem Forest" - "Midtyulland qarşılaşmaları "CBC Sport" kanalında, "Selta Viqo" - "Lion" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq.
UEFA Avropa Liqası
1/8 final mərhələsi
12 mart
Saat 21:45, "Ştutqart" - "Portu" ("CBC Sport" TV).
13 mart
Saat 00:00, "Nottingem Forest" - "Midtyulland" ("CBC Sport" TV);
Saat 00:00, "Selta Viqo" - "Lion" (İctimai TV).
UEFA Konfrans Liqası
1/8 final mərhələsi
12 mart
Saat 21:45, "Samsunspor" - "Rayo Valyekano" (İctimai" TV).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.