EN

PSJ “Çelsi”nin futbolçusuna elçi düşdü

BAKI, 12 mart. TELEQRAF

Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Çelsi”nin argentinalı futbolçusu Enso Fernandesi heyətinə qatmaq istəyir.

Teleqraf xəbər verir ki, Paris klubu 25 yaşlı yarımmüdafiəçi üçün yay transfer dönəmində böyük təklif göndərəcək.

“Çelsi” Fernandesi satmaq niyyətində deyil. Klub oyunçunun transfer qiymətini 150 milyon avro olaraq müəyyən edib.

Qeyd edək ki, “Çelsi” Enso Fernandesi “Benfika”dan futbolçunu 3 il əvvəl 120 milyon avroya alıb və onun bazar dəyərinin Premyer Liqadakı performansı ilə artdığı hesab edilir.

Chosen
49
teleqraf.com

1Sources