EN

Azərbaycanda influenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub

Azərbaycanda influenserlərin və bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, ötən il "Reklam haqqında" Qanuna edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub.

"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib. Bu tənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq və reklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır". (Report)

Chosen
93
14
fed.az

10Sources