EN

Latviyanın sabiq naziri: Avropa Azərbaycan münasibətlərİ dərinləşdirilməlidir

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Bizim rəsmi Bakı ilə çox yaxşı münasibətlərimiz var və Azərbaycanı Qafqaz regionunda özümüz üçün strateji tərəfdaş kimi görürük".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Latviyanın sabiq müdafiə və xarici işlər naziri Artis Pabriks deyib.

O bildirib ki, Avropa və Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər mümkün qədər dərinləşdirilməlidir.

A.Pabriks Qlobal Bakı Forumun önəmindən də danışıb:

"Qlobal Bakı Forumu dünyanın müxtəlif yerlərindən çoxsaylı insanları bir araya gətirərək qlobal miqyasda ən vacib məsələləri müzakirə etməyə imkan yaradır. Hazırda dünyada iki böyük müharibə gedir - biri İran ətrafında, digəri isə Ukraynada. Ümid edirəm ki, burada toplaşan iştirakçıların müzakirələri nəticəsində müəyyən yaxşı həll yolları tapılacaq. Qlobal Bakı Forumu hamımızı həqiqətə daha da yaxınlaşdıran bir platformadır".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
77
oxu.az

1Sources