EN

Nikol Paşinyandan romantik qəhvə paylaşımı: ”Ağlımdan çıxmır”

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə sosial media paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, Paşinyan hökumət iclasından öncə qəhvə içdiyi anı izləyiciləri ilə bölüşüb.

Paylaşımında Baş nazir qeyd edib: "Hökumət iclasından əvvəl qəhvə fasiləsi. Parisdən olan bu mahnı ağlıma gəlib və ağlımdan çıxmır. Bu sizin də başınıza gəlirmi?"

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl qarğıdalı, alma və peraşki yeyərkən çəkilmiş videolarını da izləyiciləri ilə paylaşmışdı.

Şahanə Rəhimli
Musavat.com

Chosen
27
musavat.com

1Sources