EN

Paşinyan onu bu sözə görə istefaya göndərdi “Bunu təxribat kimi qiymətləndirdim”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Erməni Soyqırımı” Muzey-İnstitutunun direktoru Edita Qzoyan öz xahişi ilə istefa verib və bunu ondan Ermənistanın Baş naziri Nikol Paşinyan tələb edib.

“AzPolitika” xəbər verir ki, bunu Paşinyan özü jurnalistlərə açıqlamasında deyib.

Müxbirlər baş nazirdən bu qərarın fevralın 10-da ABŞ vitse-prezidenti J.D. Vensin səfəri zamanı Qzoyanın "artsax" sözünü işlətməsi və ona bu mövzuda kitab hədiyyə etməsi ilə əlaqəli olub-olmadığını soruşublar.

"Bəli, mən bunu Ermənistanın xarici siyasətinə zidd hərəkət hesab etdim, təxribat kimi qiymətləndirdim və ondan bəyanat yazmasını xahiş etdim", - deyə Paşinyan bildirib.

O, həmçinin Erməni Apostol Kilsəsinin (AAC) rəhbərliyini “Qarabağ hərəkatı”nı yenidən alovlandırmağa cəhddə günahlandırıb: "Mən bu yaxınlarda liturgiyada iştirak etdim və "artsax respublikası" sözünün səsləndirildiyini eşitdim. Bu nə deməkdir? Bu, müharibəyə çağırış deməkdir, başqa heç nə. Ktriç Nersisyan (II Qareginin əsl adı) və digər ruhanilər müharibə partiyasının liderləri rolunu öz üzərinə götürüblər".

Paşinyanın sözlərinə görə, ölkənin baş naziri Qarabağ hərəkatının bitdiyini elan etdikdə, heç kim onu davam etdirə bilməz: "Ölkədə birdən çox xarici siyasət istiqaməti ola bilməz".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
55
azpolitika.info

1Sources