EN

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin “Komanda Qərargah” təlimi keçirilib

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

2026-cı il 11 mart tarixində Qaradağ Regional İdarəsində Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin cari il üçün Tədbirlər Planına uyğun olaraq “Komanda-Qərargah” təlimi keçirilib.

Müdafiə, Daxili İşlər, Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, “BP Caspian Sea Exploration ltd” şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş və “Səngəçal Terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması” məsələlərinə həsr olunmuş təlimin məqsədi bu sahədə mümkün risklərin vaxtında müəyyən edilməsi və qarşısının alınması, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
6
icma.az

8Sources