EN

Azərbaycan Qlobal Bakı Forumunda beynəlxalq əməkdaşlıq və dialoq mərkəzi kimi çıxış edir

XIII Qlobal Bakı Forumu ölkələr arasında dialoqun möhkəmlənməsi, qlobal problemlərin birlikdə müzakirəsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Forumun Bakıda keçirilməsi Azərbaycan üçün yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı və fəal əməkdaşlıq platforması kimi rolunu gücləndirir.

 

Belə tədbirlər ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və regionda sabitliyin qorunmasına mühüm töhfə verir. Forum həmçinin Azərbaycanın beynəlxalq məsələlərdə aktiv iştirak etdiyini və qlobal gündəlikdə söz sahibinə çevrildiyini nümayiş etdirir.

 

QHT sədri Aynur Zülfüqarlı QHT.az-a açıqlamasında bildirib ki, forumun təşkili Azərbaycanın diplomatik nüfuzunu artırır və ölkəmizi beynəlxalq səviyyədə dialoq aparan əsas tərəfdaşlardan biri kimi tanıdır. Onun sözlərinə görə, belə platformalar yalnız iqtisadi və siyasi sahədə deyil, mədəniyyət, elm və sosial inkişaf istiqamətlərində də əməkdaşlıq imkanlarını genişləndirir.

Zəhra Ağayeva

Chosen
46
qht.az

1Sources