Ceremi Doku “Mançester Siti”dən İspaniyaya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçuya Atletiko yay transferdə maraqlıdır. Doku 2023-cü ildə “Renn”dən 60 milyon avroya İngiltərəyə transfer olunub və müqaviləsi 2028-ci ilin iyununa qədərdir.
Bu mövsüm o, 32 oyunda 3 qol vurub, 12 məhsuldar ötürmə edib.