EN

Hikmət Hacıyev: Azərbaycan üçün çoxtərəflilik yalnız sözdə deyil, əməldə vacibdir

Bəzi iştirakçıların mövcud vəziyyətə görə qatıla bilməməsindən narahat idik, amma bu, olmadı.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxışında deyib.

O, Foruma qatılan hər kəsə təşəkkür edib.

Hikmət Hacıyev çoxtərəflilikdə, sülh və təhlükəsizlikdə ciddi böhranlar olduğunu diqqətə çatdırıb: “Bu, birbaşa Təhlükəsizlik Şurasına, onların mandatına bağlıdır. BMT TŞ-nin qlobal məsələlərin həllində iştirakı çox zəifdir. Azərbaycan üçün çoxtərəflilik vacibdir, yalnız sözdə deyil, əməldə. Biz Qoşulmama Hərəkatına qoşulanda tənqidlər səslənirdi, amma Azərbaycanın sədrliyi imkan verdi ki, Qoşulmama Hərəkatı nüfuz qazansın. Həmçinin Azərbaycanın COP29-a effektiv sədrliyi nəticəsində mühüm qərarlar qəbul edildi. Eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatında da mühüm rol oynamaqdadır. Eyni zamanda biz D8 təşkilatına qoşulmuşuq. Qlobal səviyyədə çoxtərəflilikdə müəyyən siyasi iradənin olmaması bariz şəkildə görünür. Digər tərəfdən, müəyyən çoxtərəfli təşkilatlar tənqidə məruz qalır, çünki hesabatlılıqları yoxdur”.

Chosen
37
8
apa.az

9Sources