EN

Çin hakimiyyəti benzin və dizel ixracını məhdudlaşdırıb

ain.az bildirir, Ayna portalına istinadən.

Gömrükdən keçməmiş bütün yüngül neft məhsullarının ixracını dayandırmaq əmri verilib

Çin neft emalı zavodları benzin və dizel də daxil olmaqla, yanacaq neft məhsullarının razılaşdırılmış ixrac göndərişlərini ləğv etməyə başlayıblar. AYNA..AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdəki münaqişə fonunda ötən həftə Çin hakimiyyəti ölkənin ən böyük neft emalı zavodlarından ixrac müqavilələri bağlamaqdan çəkinməyi və artıq razılaşdırılmış göndərişləri ləğv etmək üçün qarşı tərəflərlə danışıqlar aparmağı xahiş edib.

Agentlik qeyd edir ki, bu tövsiyələr qeyri-məcburi hesab edilib və bəzi mart göndərişləri üçün icazə verilib.

Lakin mənbələr bildirib ki, indi neft emalı zavodlarına hələ gömrükdən keçməmiş bütün yüngül neft məhsullarının ixracını dayandırmaq əmri verilib. Çərşənbə günü etibarilə gömrükdən keçməmiş göndərişlər artıq göndərilə bilməz.

Çinin neft emalı sənayesi əsasən yanacaq neft məhsullarının ixracı üzrə kvotalar sistemi ilə balanslaşdırılmış daxili bazara xidmət göstərir. 2026-cı il üçün verilən kvotaların ilk partiyası əvvəlki ildən demək olar ki, dəyişmədən 19 milyon ton təşkil edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
ayna.az

1Sources