EN

Səudiyyə Ərəbistanı BMT TŞ nın İranın hücumlarını pisləyən qətnaməsini alqışlayır

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı Krallığı BMT Təhlükəsizlik Şurası tərəfindən İranın region ölkələrinə hücumlarını pisləyən 2817 saylı qətnamənin qəbul edilməsini alqışlayır.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman Sultanlığı, Küveyt və İordaniya tərəfindən təqdim edilmiş, İranın Körfəz dövlətləri və İordaniya ərazilərinə qarşı kobud hücumlarını ən sərt şəkildə pisləyən və bu cür hərəkətlərin beynəlxalq hüququn pozulması və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini müəyyən edən 2817 saylı qətnamənin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsini alqışlayır. Krallıq qətnamənin müddəalarını, o cümlədən yaşayış məntəqələrinə edilən hücumların və mülki obyektlərin hədəfə alınmasının, nəticədə mülki şəxslərin itkilərinin və mülki binalara dəyən ziyanın pislənməsini alqışlayır, bu ölkələr və onların xalqları ilə həmrəyliyini bildirir. XİN İranın hücumlarının beynəlxalq səviyyədə pisləndiyini qeyd edir, onların dərhal və qeyd-şərtsiz dayandırılmasını, eləcə də qonşu dövlətlərə qarşı hər hansı bir təxribata və ya təhdidə son qoyulmasını tələb edir”, - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Krallıq qətnamədə göstərilənləri təsdiqləyir və BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını təmin edən və təcavüzün qarşısını alan tədbirlər görmək hüququnu özündə saxlayır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
525.az

1Sources