EN

Çempionlar Liqasında İngiltərə kabusu: Premyer Liqa klubları üçün qara həftə

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan ilk oyunlar İngiltərə klubları üçün əsl kabusa çevrilib.

Oxu.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Premyer Liqa təmsilçilərindən heç biri ilk görüşlərdə azarkeşlərini qələbə ilə sevindirə bilməyib, əksinə, bəzi komandalar meydandan ağır məğlubiyyətlə ayrılıblar.

Ən sarsıdıcı zərbələri isə İngiltərə futbolunun aparıcı klubları sayılan "Mançester Siti", "Tottenhem" və "Çelsi" alıb. İspaniya səfərinə yollanan "şəhərlilər" "Real Madrid"ə 0:3 hesabı ilə boyun əyərək cavab qarşılaşmasından əvvəl şanslarını xeyli çətinləşdiriblər. Digər tərəfdən, "Çelsi" Fransada PSJ-nin qonağı olub və 2:5 hesablı darmadağınla yadda qalıb. Londonun digər təmsilçisi "Tottenhem" də eyni acı taleyi yaşayıb - komanda "Atletiko Madrid" önündə eyni hesabla (2:5) məğlub edilib.

Adanın digər təmsilçiləri də meydandan istənilən nəticə ilə ayrıla bilməyiblər. Doğma divarlar arasında "Barselona"nı qəbul edən "Nyukasl Yunayted" matçın son dəqiqələrində qapısında gördüyü penalti qolu ilə qələbəni əldən verib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Oxşar ssenari "Arsenal"ın da başına gəlib, London klubu "Bayer Leverkuzen"lə eyni hesablı sülh bağlayıb. İngiltərənin Avropa kuboklarındakı ən titullu komandası "Liverpul" isə səfərdə Türkiyənin "Qalatasaray" klubuna tək qolla (0:1) məğlub olub.

Yekun mənzərəyə əsasən, Çempionlar Liqasında mübarizəni davam etdirən altı İngiltərə nümayəndəsindən heç biri 1/8 finalın ilk raundunda qalibiyyət sevinci yaşaya bilməyib. Son illər Avropa futbolunda dominantlıq edən Premyer Liqa komandalarının belə bir antirekorda imza atması gözlənilməz statistika kimi dəyərləndirilir.

Mütəxəssislərin qənaətinə görə, qeydə alınan bu nəticələr İngiltərə klublarının Avropa səhnəsindəki üstünlüyünün tam sarsıldığını göstərməsə də, komandaların cavab görüşləri öncəsi vəziyyətini maksimum dərəcədə çətinləşdirib. Premyer Liqa təmsilçilərinin turnirdəki gələcək taleyinə məhz qarşıdakı matçlarda aydınlıq gələcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
oxu.az

1Sources