EN

Vayra Vike-Freyberqa: BMT yaradılma məqsədini tam şəkildə reallaşdıra bilməyib

BMT gözləntiləri tam olaraq doğrulda və yaradılma məqsədi olan əsas vəzifələri yerinə yetirə bilməyib.

"Far.Az" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa XIII Qlobal Bakı Forumunun panel sessiyasında bildirib.

"Elə bir sistem yaratmaq lazımdır ki, orada formal olaraq qarşıdurma tərəfləri mövcud olmasın, lakin bununla belə, hər bir millət təzyiqə məruz qalmaqdan qorxmayaraq öz gələcəyi barədə fikrini sərbəst şəkildə ifadə etmək imkanına malik olsun - necə ki, bu, mənim ölkəmdə (Latviya - red.) və bir çox digər ölkələrdə baş verirdi. Mən ümid edirdim ki, BMT-nin fəaliyyəti məhz buna gətirib çıxaracaq. Təəssüf ki, bu baş vermədi, lakin təşkilatın, sözsüz ki, xeyli nailiyyəti var. Buna baxmayaraq, bu məqsəd hələ də, həyata keçirilməsi üçün işləməli olduğumuz bir ideya olaraq qalır", - o qeyd edib.

Chosen
92
far.az

1Sources