JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunaraq Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsi anılıb.

Daxili Qoşunların Baş İdarəsində keçirilən təntənəli mərasimdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.

Nazir Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıraraq bildirib ki, Daxili Qoşunlar yarandığı gündən etibarən dövlətə və xalqa sədaqətlə xidmət edərək ölkədə sabitliyin təminatında mühüm rol oynayıb.
Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində qoşunların maddi-texniki bazası gücləndirilib, hərbi hissələr müasir silah və texnika ilə təchiz olunub, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılıb.

Qeyd olunub ki, Daxili Qoşunların hərbi qulluqçuları Vətən müharibəsində, eləcə də azad edilmiş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin qorunmasında polis əməkdaşları ilə birlikdə mühüm xidmətlər göstərirlər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini – daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX