EN

Finalissima həyəcanı: Çempionlar “Santyaqo Bernabeu”da üz-üzə gələcək

Futbol dünyasının maraqla gözlədiyi Finalissima matçının keçiriləcəyi vaxt və məkan dəqiqləşib. Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında baş tutacaq möhtəşəm qarşılaşma İspaniyada təşkil olunacaq.

İdman.Biz COPE nəşrinə istinadən xəbər verir ki, Finalissima oyunu martın 27-də Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Bu qarşılaşmada son Avropa çempionu İspaniya millisi ilə Amerika Kubokunun (Copa America) qalibi Argentina yığması qarşı-qarşıya gələcək. Bu matç həm də dünya futbolunun gənc ulduzu Lamin Yamal ilə əfsanəvi Lionel Messinin rəqib qismində meydanda görüşməsi baxımından böyük maraq kəsb edir.

Qeyd edək ki, sonuncu Finalissima 2022-ci ildə keçirilib və həmin matçda Argentina İtaliyanı 3:0 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

İdman.Biz
Chosen
46
1
idman.biz

2Sources