EN

“Real”da növbəti itki

“Real”ın daha bir futbolçusu zədələnib.

Msport.az xəbər verir ki, Çempionlar Liqasında “Mançester Siti” ilə başa çatan oyunda zədələnən Ferland Mendi ikinci hissə başlamadan əvəzlənib.

Baş məşqçi Alvaro Arbeloa oyundan sonra mətbuat konfransında Mendinin zədəsinin ciddi olduğunu və oyunçunun heç də yaxşı olmadığını bildirib.

“Real”ın oyunçularından Cud Bellinqem, Rodriqo, David Alaba, Eder Militao və Dani Sebalyos və Kilian Mbappe zədə səbəbindən dünənki matça çıxa bilməyiblər.

Qeyd edək ki, “Real” öz meydanında “Mançester Siti” komandasını 3:0 hesabı ilə məğlub edib.

Chosen
63
msport.az

1Sources