EN

“Sərhədçi” yaşayış kompleksi hərbi qulluqçularının istifadəsinə verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı iliölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi haqqındaSərəncamına uyğun olaraq həyata keçirilən abadlıq və quruculuqişlərinə töhfə vermək məqsədilə Dövlət Sərhəd Xidmətində müvafiqtədbirlərin icrası davam etdirilir.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindənməlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvvələrinMüzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularınsosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiqgöstərişinə əsasən mart ayının 12-də Dövlət Sərhəd Xidmətinin“Qubadlı” əlahiddə sərhəd diviziyasının N saylı hərbi hissəsindəəsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli vədördmərtəbəli “Sərhədçi” yaşayış kompleksi zabit, gizir vəmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınınistifadəsinə verilib.

Tədbir zamanı bildirilib ki, müasir standartlara cavab verənyaşayış binalarına su və elektrik xətləri çəkilib,mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, mənzillər mətbəxavadanlığı ilə təchiz olunub. Binaların həyətində sakinlərinistirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırmaişləri görülüb, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyəasfalt örtük çəkilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbiqulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərinorderlərini təqdim etmiş, daha sonra yaşayış binalarında yaradılmışşəraitlə tanış olmuş və hərbi qulluqçuların ailə üzvləri iləgörüşüb.

Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdiyiali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarınıbildiriblər.

Tədbirin sonunda hərbi qulluqçular və ailə üzvləri ilə xatirəfotoşəkilləri çəkilib.

“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
“Sərhədçi”
Məqalədə:
Chosen
71
11
az.trend.az

10Sources