EN

Bu gün Azərbaycanda üçüncü Qədr gecəsidir

BAKI, 12 mart. TELEQRAF

Bu gün Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsidir.

Teleqraf xəbər verir ki, bu Qədr gecəsi martın 12-dən 13-ə keçən gecəyə təsadüf edir.

Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olub. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!" (Qədr surəsi, 3–5)

Ramazan ayının sonuncu Qədr gecəsi martın 16-da olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

Chosen
23
2
teleqraf.com

3Sources