EN

Nigeriyalı futbolçuların “Qarabağ”a gəliş tarixi müəyyənləşib

Bakı, 12 mart, AZƏRTAC

İki nigeriyalı futbolçunun “Qarabağ” Futbol Akademiyasına baxışa gələcəyi vaxt müəyyənləşib.

Bu barədə AZƏRTAC-a akademiyanın baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro mart ayının 20-ə kimi Bakıda olacaqlar: “Hansısa problem yaranmayacağı təqdirdə onlar bayrama qədər artıq ölkədə olacaqlar. Amma əks təqdirdə həmin futbolçuların gəlişi ən geci martın sonuna təsadüf edəcək”.

Xatırladaq ki, oyunçular A. Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf edilib.

Chosen
56
2
azertag.az

3Sources