EN

Dövlət qulluqçularına bonus ödəniləcək

Modern.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın dövlət qulluqçuları yenidən təxminən 4,6 milyard dram məbləğində bonus alacaqlar.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bu məqsədlə dövlət büdcəsindən təxminən 4,6 milyard dram ayrılacaq. Müvafiq qərar hökumət iclasında qəbul edilib.

Baş nazirin müavini Tiqran Xaçatryan qeyd edib ki, 2025-ci ilin ikinci yarısı üçün dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən, hakimiyyət orqanları dövlət qurumlarının fəaliyyət göstəricilərinin müəyyən edilmiş maksimum planlara yaxın olduğu qənaətinə gəliblər. Bu, əlavə kompensasiya verilməsi qərarının əsasını təşkil edib.

Xaçatryan həmçinin xatırladıb ki, 2025-ci ilin birinci yarısının nəticələrinə əsasən, 57 sahədə 15 qurumun fəaliyyətinin qiymətləndirildiyi zaman artıq 3,6 milyard dram ayrılıb və bonus fonduna ödənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
modern.az

1Sources