EN

Hökumət Ödəniş Portalı ilə ödənişlərin həcmi artıb

Bakı. Trend:

2025-ci ildə Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə emal olunanödənişlərin həcmi 2024-cü illə müqayisədə 6.6%, o cümlədən nağdsızödənişlərin həcmi 9.3% artıb.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Hesabat dövründə HÖP vasitəsilə 8.6 milyard manat həcmində 114.4milyon ədəd ödəniş icra olunub. Bu ödənişlərin say üzrə 79.2%-i(90.9 milyon ədəd), həcm üzrə isə 73.1%-i (6.3 milyard manat)nağdsız formada aparılıb.

Ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqlaxidmət mərkəzləri arasında aparılan əməliyyatların emalı prosesininölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılmış BanklararasıKart Mərkəzinin (BKM) fəaliyyətinin davamlılığı təmin edilib.2025-ci il ərzində BKM üzərindən 872 milyon kart əməliyyatıaparılıb, milli valyutada əməliyyatların həcmi 40.3 milyard manat,xarici valyutada isə 79.8 milyon ABŞ dolları və 23.6 milyon avrotəşkil edib.

Məqalədə:
Chosen
1
az.trend.az

1Sources